Partlayış zamanı xəsarət alanların olduğu bildirilir
Türkiyənin İstanbul şəhərinin Çekmeköy qəsəbəsində binada partlayış baş verib.
Xeberdar.net-in "Haber Global"a istinadən məlumatına görə, partlayışın təbii qazdan qaynaqlandığı bildirilir.
İlkin məlumatlara görə, partlayış zamanı yaralananlar var. Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadası cəlb edilib.
Partlayış nəticəsində yaranan yanğın yanğınsöndürmə qrupları tərəfindən söndürülüb.