Xaçmazda ana və oğul küçədə döyülüb

276 6-07-2023, 09:30 hadise

Xaçmazda ana və oğul küçədə döyülübHər iki zərərçəkmiş xəstəxanaya çatdırılıb

Xaçmazda ana və oğul küçədə döyülüb. Xeberdar.net-in "Report"a istinadən məlumatına görə, hadisə rayonun "İzmayılovka" adlanan ərazisində qeydə alınıb.

Belə ki, rayon sakinləri - 1955-ci il təvəllüdlü Z.Həsrətova və onun oğlu, 1984-cü il təvəllüdlü P.Həsrətov mübahisə zəminində tanıdıqları şəxs tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıblar.

Zərərçəkmişlər xəstəxanaya çatdırılıblar.

Hadisənin başvermə səbəbləri araşdırılır.

XƏBƏR LENTİ