Rüşvət almaqda təqsirləndirilən baş həkim barəsində cinayət işi başlanıb

Rüşvət almaqda təqsirləndirilən baş həkim barəsində cinayət işi başlanıb
Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkiminin qanunsuz hərəkətləri barədə daxil olmuş şikayət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı dispanserin baş həkimi Yaşar Əliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə dispanser qeydiyyatında olan və ya ümumiyyətlə disponser qeydiyyatında olmayan ayrı-ayrı şəxslərin pensiyaya qanunsuz çıxarılması məqsədilə müvafiq sənədlərin verilməsi üçün ümumilikdə 7000 manat və 12 min 600 ABŞ dolları məbləğində pulu rüşvət kimi almasına şübhələr üçün əsaslar olduğundan barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda aşkar edilmiş faktlar üzrə istintaq tədbirləri davam etdirilir.
Xeberdar.net

Rüşvət almaqda təqsirləndirilən baş həkim barəsində cinayət işi başlanıb

  • 29-02-2016, 18:02
  • 678


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DYP piyadalara xəbərdarlıq etdi
  2. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  3. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  4. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  5. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  6. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  7. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  8. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  9. Azərbaycanda oğul atanı bıçaqladı
  10. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI