16:07
Xaçmazda 31 yaşlı əkiz qardaşlar qətlə yetirilib.
Bu barədə Xeberdar.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 7-si saat 15 radələrində rayonun Yalama qəsəbəsi, Meşəli kəndində evlərin birində 1992-ci il təvəllüdlü Kamran İsgəndərov və onun əkiz qardaşı Orxanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət hadisəsi ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.
***
Xaçmaz rayonunda əkiz qardaşların meyitinin tapılmasının təfərrüatı məlum olub.
Yerli sakinlərin Report-a verdiyi məlumata görə, Bakı şəhər sakini - 1992-ci il təvəllüdlü Orxan Mirzə oğlu İsgəndərov rayonun Yalama qəsəbəsi, Meşəli kəndinə babasına məxsus mülkün ona aid olduğunu bildirib.
Daha sonra onun əkiz qardaşı Kamranla arasında əlbəyaxa dava düşüb. Bu zaman qardaşlardan biri bıçaqla digərinin başını kəsib, sonra özünə xəsarət yetirib. Nəticədə hər iki şəxs ölüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq gedir.