Xızıda dağlıq-meşəlik ərazi yanır

285 8-07-2023, 16:37 hadise

Xızıda dağlıq-meşəlik ərazi yanır15:35

Xızıda dağlıq-meşəlik ərazi yanır.

Bu barədə Xeberdar.net-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN-in “112” qaynar xəttinə Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb dağlıq-meşəlik reylefə malik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Küləkli hava şəraiti ərazidə yanğınsöndürmə əməliyyatlarını çətinləşdirir.

XƏBƏR LENTİ