Ermənilər səngər qazmaq istədi, Ordumuz dərhal dayandırdı

240 9-07-2023, 10:58 dunya

Ermənilər səngər qazmaq istədi, Ordumuz dərhal dayandırdıErməni silahlılarının ərazilərimizdə səngərlər qazması, sığınacaqlar hazırlaması bölmələrimiz tərəfindən dayandırılıb.

Bu barədə Xeberdar.net-ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilir ki, mühəndis texnikasının cəlb olunması ilə müxtəlif istiqamətlərdə təminat yollarının genişləndirilməsi, səngərlərin qazılması, sığınacaqların hazırlanması, eləcə də döyüş mövqelərinə müşahidə kameralarının quraşdırılmasına cəhd edən qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində dayandırılıb.

XƏBƏR LENTİ