Zelenski və Duda Ukraynada görüşdü

259 9-07-2023, 13:45 dunya

Zelenski və Duda Ukraynada görüşdüLutsk şəhərində Ukrayna və Polşa prezidentləri Vladimir Zelenski ilə Anjey Duda arasında görüş keçirilib.

Xeberdar.net-in məlumatına görə, onlar cəbhə xəttindəki vəziyyəti, Avropaya inteqrasiyanı və Ukraynanın sülh formulunu müzakirə ediblər.

Qeyd edək ki, Polşa Rusiya ilə müharibədə Ukraynaya ən çox dəstək verən ölkələrdən biridir. O, Ukraynanın NATO-ya daxil olmaq səylərini dəstəkləyir.

XƏBƏR LENTİ