Azərbaycanın cənub zonası internetsiz qaldı

264 9-07-2023, 13:48 dunya

Azərbaycanın cənub zonası internetsiz qaldıAzərbaycanın cənub zonası – Biləsuvardan Astaraya qədər olan rayonlara internetin verilməsi dayanıb.

Xeberdar.net-in məlumatına görə, buna səbəbin Ələt qəsəbəsindəki ötürücü stansiyada baş verən qəza olduğu bildirilib.

Səhər saatlarından cənub bölgəsində mobil telefon şəbəkəsi də işləməyib. Bir neçə dəqiqə öncə mobil telefon şəbəkəsini bərpa etmək mümkün olub.

Ötürücü stansiyanın nə vaxt fəaliyyətini bərpa edəcəyi haqda məlumat verilməyib.

XƏBƏR LENTİ