BMW “Lexus”la toqquşub

272 10-07-2023, 13:25 hadise

BMW “Lexus”la toqquşubSumqayıtda ağır qəza baş verib

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Xeberdar.net-in APA-ya istinadən məlumatına görə, hadisə şəhərin 20 yanvar və Nəriman Nərimanov küçələrinin kəsişməsində baş verib.

Belə ki, “Lexus” və BMW markalı avtomobillərin toqquşması nəticəsində BMW yol kənarındakı səkiyə dəyərək aşıb.

BMW -nin sürücüsü, 20 yaşlı Aydın Məmmədov yüngül xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ