Astarada moped qəzası: ölən var

344 10-07-2023, 21:59 hadise

Astarada moped qəzası: ölən varAstarada baş verən qəzada moped sürücüsü ölüb.

Xeberdar.net-in məlumatına görə, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi axşam saatlarında rayonun Deqədi kəndi ərazisində qeydə alınıb.

Belə ki, Sərxan Məlikovun idarə etdiyi "Ford Transit" markalı avtomobil Seləkəran kənd sakini Ruslan Əliyevin idarə etdiyi mopedlə toqquşub. Nəticədə mopedin sürücüsü ölüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

XƏBƏR LENTİ