Fars körfəzində daha bir xarici tanker İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölmələri tərəfindən saxlanılıb.
Xeberdar.net-in məlumatına görə,bu barədə İran hökuməti məlumat yayıb.
İddia edilib ki, tanker qaçaqmalçılıq yolu ilə yanacaq daşıyırmış.
Vitse-admiral Ramazan Zirrahinin sözlərinə görə, gəminin kapitanı ələkeçirmə zamanı ABŞ hərbçilərinə müraciət edib:
“ABŞ hərbçiləri iki A-10 hücum təyyarəsi, bir P-8A sualtı təyyarə, iki helikopter və bir pilotsuz uçan aparatı havaya qaldırıb, həmçinin saxlanılan yerə patrul katerləri göndərib. Lakin onların bütün cəhdləri nəticəsiz qalıb”.