Metyu Miller: "Razılaşmanın əldə olunmasının mümkünlüyünə hələ də inanırıq"
ABŞ Azərbaycan və Ermənistan arasında danışıqların davam etdirilməsini dəstəkləyir.
Xeberdar.net-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə deyib.
“Biz razılaşmanın əldə olunmasının mümkünlüyünə hələ də inanırıq və gələcək danışıqları səbirsizliklə gözləyirik", - deyə Metyu Miller bildirib.
Danışıqların davam etdirilməsi üçün qarşıdakı aylarda Vaşinqotunun mövqeyinin nədən ibarət olacaq sualına isə Miller "bu barədə heç nə deyə bilmərəm" cavabını verib.