Novxanıda 46 yaşlı kişi qətlə yetirilib

289 12-07-2023, 10:28 hadise

Novxanıda 46 yaşlı kişi qətlə yetirilibCavanşir Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb

İyulun 11-də saat 21 radələrində Abşeron rayonu Novxanı kəndində 1977-ci il təvəllüdlü Qasımov Şahlar Müseyib oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Xeberdar.net-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 1980-ci il təvəllüdlü Əliyev Cavanşir Əli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, cinayət şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

XƏBƏR LENTİ