Ukraynanın NATO-ya daxil olması ilə bağlı yüksək səviyyəli danışıqlar vaxt itkisidir. Bu, yalnız Rusiyaya alyansda birliyin olmaması barədə yanlış siqnal verir.
Xeberdar.net-in məlumatına görə, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton deyib.
“Biz bir neçə ay əvvəl Ukraynaya deməliydik: “Bu məsələni qaldırmayın”. Bu, Vaşinqton müqaviləsinə əsaslanan siyasətdir. 5-ci maddədə deyilir ki, birinə (NATO üzvünə) hücum hamıya hücumdur. NATO heç vaxt müharibə vəziyyətində olan ölkələri qəbul etməyib, çünki bu, qaçılmaz olaraq alyansın bütün digər üzvlərinin müharibə vəziyyətində olması deməkdir”, - o bildirib.