Türkiyə və ABŞ strateji tərəfdaşlığa malik iki vacib ölkədir. Amerikalı həmkarım ilə görüş çox məhsuldar keçdi.
Xeberdar.net-in məlmatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçirilən NATO sammitindən geri qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Görüş təxminən 1 saat 15 dəqiqə çəkdi. Bayden və onun administrasiyası əslində F-16-ların satışı ilə bağlı ölkəmizin xeyrinə mövqe sərgiləyir. Hazırda həm o, həm də xarici işlər naziri “biz bu məsələnin üzərindəyik, onu izləyirik” dedilər. Təbii ki, xarici işlər nazirimiz Hakan bəy, o cümlədən İbrahim bəy (Kalın – red.) və Yaşar Paşamız da də eyni şəkildə tərəfdaşları ilə görüşərək bu prosesin müsbət nəticə verməsini təmin edəcəklər”, - Ərdoğan bildirib.