Kəlbəcərdə 59 yaşlı şəxs minaya düşdü

319 13-07-2023, 20:56 hadise

Kəlbəcərdə 59 yaşlı şəxs minaya düşdüİyulun 13-də saat 20 radələrində Kəlbəcər rayonunun Çopurlu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə Xeberdar.net-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Seyidlər kəndi ərazisində baş verib. Hadisə nəticəsində S.Əliyev xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ