Yük və minik maşınları toqquşdu, ölən var

Yük və minik maşınları toqquşdu, ölən varHadisəyə ilkin ehtimal kimi minik maşının qəfil hərəkəti göstərilir.
Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Ələt-Astara magistral yolunun Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayon sakini Rasim Balabəy oğlu Həsənovun idarə etdiyi “KamAZ” markalı yük maşını Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Cəlilabad rayonunun Göytəpə qəsəbə sakini Mehman Tahir oğlu Mürsəlovun idarə etdiyi “Naz Lifan” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində “KamAZ” markalı yük maşını aşıb, minik avtomobili isə yararsız vəziyyətə düşüb. “Naz Lifan”ın sürücüsü aldığı xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Hadisəyə ilkin ehtimal kimi minik avtomobilinin qəfildən yük maşınının qarşısına çıxması göstərilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Ötən gün Lənkəranda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Ələt-Astara magistralının 199-cu kilometrliyində, rayonun Digah kəndindən keçən hissəsində Lənkəranın Mamusta kənd sakini, 33 yaşlı Məmmədov Mətləb Malik oğlunun idarə etdiyi “VAZ-2115” və Lənkəran şəhər sakini, 16 yaşlı Abdullayev Kamran İlkin oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Güclü zərbə nəticəsində hər iki avtomobilin sürücüsü və “VAZ-2115” markalı minik maşınının iki sərnişini, rayonun Mamusta kənd sakinləri, 53 yaşlı Mirzəyeva Sevil Həmid qızı və 50 yaşlı Müseyibov Kamran Həmid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xeberdar.net

Yük və minik maşınları toqquşdu, ölən var

  • 1-03-2016, 10:43
  • 802


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. BDU-da baş verən qanlı insidentlə bağlı SENSASİON TƏFƏRRÜATLAR
  2. Elmar Vəliyevin oğlu başqasının torpağını zəbt edib: - Özünə idman meydançası tikib
  3. Gəncədə küçələri su basdı, elektrik kəsildi - VİDEO
  4. Tovuzun icra başçısı HƏDDİNİ AŞIR... - İTTİHAM
  5. Bərdədə ər arvadını əlləri ilə boğub öldürüb
  6. SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..
  7. Mətanət Əsədovanın həbs xəbəri yayıldı: “Qadınları evində iş adamlarına…”
  8. Prokuror DTX-ın saxladığı sabiq nazir müavininə 10 il həbs cəzası istəyib
  9. Qobustanda toylarda yoxlamalar aparıldı: Sahibkar külli miqdarda cərimələndi
  10. "Ağrımırdım, yalandan MƏNƏ ƏMƏLİYYAT DEDİLƏR, həyatım alt-üst olub" - "EGE HOSPİTAL" dan şikayət
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI