Azərbaycan Hava Yolları QSC-nin (AZAL) Bakı-İstanbul marşrutu üzrə həyata keçiriləcək J2 75 reysi texniki səbəbdən gecikir.
Xeberdar.net-in məlumatına görə, bu barədə AZAL məlumat yayıb.
Məlumata görə, sərnişinlər yaxın zamanda digər təyyarə ilə yola düşəcəklər.
Əlavə suallar üçün aviaşirkətin çağrı mərkəzinə callcenter@azal.az elektron poçtu vasitəsilə müraciət etmək olar.