Bu hakimlər üçün yaş məhdudiyyəti ləğv olundu

264 14-07-2023, 13:10 cemiyyet

Bu hakimlər üçün yaş məhdudiyyəti ləğv olunduKonstitusiya Məhkəməsinin hakimlərinə yaş senzi ilə bağlı məhdudiyyət ləğv olunur.

Xeberdar.net-in məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Konstitusiya Məhkəməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikasının vətəndaşı Konstitusiya Məhkəməsinin hakimi ola bilər.

Layihəyə əsasən, yaş senzi ləğv olunur. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I hissəsinə uyğun olaraq seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikasının vətəndaşı Konstitusiya Məhkəməsinin hakimi ola biləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq ikinci oxunuşda təsdiq edilib.

XƏBƏR LENTİ