Göyçayda ikimərtəbəli evdə yanğın olub

281 15-07-2023, 09:48 hadise

Göyçayda ikimərtəbəli evdə yanğın olubYanğın zamanı bir nəfər yanıq xəsarəti alıb

Göyçay şəhərində ümumi sahəsi 160 kvadratmetr (hər mərtəbəsi 80 kvadratmetr) olan ikimərtəbəli altı otaqlı evdə yanğın olub. Xeberdar.net-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 50 kvadratmetr olan talvarın altında dayanan VAZ markalı minik avtomobilinin salonu yanıb.

Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Talvar, avtomobilin qalan hissəsi və yaxınlıqda olan ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ