Rusiya Xersonda Ukrayna Silahlı Qüvvələrinə məxsus üç kateri məhv etdiyini bildirib.
Xeberdar.net-in məlumatına görə,regionun fövqəladə hallar xidmətinin nümayəndəsinin sözlərinə görə, Rusiya həmin qayıqların Dnepr çayını keçmək istərkən vurulduğunu açıqlayıb. Məlumatda o da bildirilir ki, Rusiyanın “Dnepr” qoşun qruplaşmasının birləşmələri 12 ukraynalı hərbçini də öldürüb.
“Xerson istiqamətində Rusiya Ukraynanın sutka ərzində 120 mm-lik minaatan ekipajı və "Msta-B" haubitsasını, Dudçan vilayətinin Kaxov istiqamətində Ukrayna Silahlı Qüvvələrinin doqquz hərbçisini məhv edib”, - deyə məlumatda bildirilib.