Bu çayın suyu xərçəng püskürür

261 15-07-2023, 15:04 dunya

Bu çayın suyu xərçəng püskürürİraqda müxtəlif dövlət qurumlarının və elektrik stansiyalarının sularına qarışan kimyəvi maddələr və tullantı materialları Dəclə çayını çirkləndirərək vətəndaşların dəri və kolon xərçəngi kimi xəstəliklərə tutulmasına səbəb olur.

Xeberdar.net-in məlumatına görə, Təxminən 9 milyon əhalisi olan paytaxt Bağdaddan keçən Dəclə çayına bir çox məhəllələrin kanalizasiya suları da tökülür.

Tərkibində zəhərli və kimyəvi maddələr olan mayelər Bağdad şəhər xəstəxanalarından çıxaraq borular vasitəsilə birbaşa Dəclə çayına qarışır. Bundan əlavə, məhəllədə yaşayanların bir qismi məişət tullantılarını çaya atırlar. Bu isə çayda, havada güclü çirklənməyə, pis qoxuların ətrafa yayılmasına səbəb olur.

XƏBƏR LENTİ