Naxçıvanda çörəyin qiyməti bu tarixdən ucuzlaşacaq

274 15-07-2023, 20:37 cemiyyet

Naxçıvanda çörəyin qiyməti bu tarixdən ucuzlaşacaqİyulun 17-dən etibarən pərakəndə satış məntəqələrində 300 qramlıq çörək 45 qəpiyə yox, 40 qəpiyə satılacaq.

Xeberdar.net-in məlumatına görə,bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daxili bazarda çörək istehsalçılarına 50 kiloqram unun 33-34 manata təklif olunduğunu nəzərə alaraq bazar ertəsindən - yəni iyul ayının 17-dən 300 qramlıq çörəyin topdansatış qiymətinin 36 qəpiyə, pərakəndə satış qiymətinin isə 40 qəpiyə satılması tövsiyə olunub.

Çörəyin qiymətinin ucuzlaşması dünya bazarlarında taxılın ucuzlaşması ilə izah olunur.

XƏBƏR LENTİ