Netanyahu xəstəxanadan evə buraxıldı

249 16-07-2023, 15:37 dunya

Netanyahu xəstəxanadan evə buraxıldıİsrail Baş naziri Benyamin Netanyahu Şeba xəstəxanasını tərk edib.

Xeberdar.net-in məlumatına görə.bu barədə İsrail mətbuatı məlumat yayıb.

“Baş nazir elektron ürək müayinəsi də daxil olmaqla, bir sıra kompleks testlərdən keçdi, bütün müayinələrin nəticələri normaldır”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən Benyamin Netanyahu huşunu itirərək yerə yıxılmışdı. Bundan sonra baş nazir Şeba xəstəxanasına yerləşdirilmişdi.

XƏBƏR LENTİ