Rumıniyada qatar maşınla toqquşdu: 4 nəfər öldü

254 16-07-2023, 23:04 dunya

Rumıniyada qatar maşınla toqquşdu: 4 nəfər öldüRumıniyanın Orben qəsəbəsində (Bakeu vilayəti) sərnişin qatarı ilə minik avtomobilinin toqquşması nəticəsində ikisi yeniyetmə olmaqla 4 nəfər ölüb.

Xeberdar.net-in məlumatına görə, bu barədə yerli media məlumat yayıb.

Suçava - Buxarest marşrutu üzrə hərəkət edən sərnişin qatarı avtomatik siqnalizasiya ilə təchiz olunmuş keçiddə minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtomobildəkilərin hamısı ölüb.

Ərazinin dəmiryolunda hərəkət dayandırılıb, polis qəzanın səbəblərini araşdırır.

XƏBƏR LENTİ