Türkiyədə meşə yanğını: nazirlər əraziyə gəldi

247 17-07-2023, 09:54 dunya

Türkiyədə meşə yanğını: nazirlər əraziyə gəldi2023.07.16. 18:39

Türkiyənin Hatay vilayətinin Belen ilçəsində yaşayış sahələrinə yaxın ərazidə meşə yanğını başlayıb.

Xeberdar.net-in yerli mediaya istinadən məlumatına görə, Hatay valisi Mustafa Masatlı bildirib ki, yanğının söndürülməsinə 9 təyyarə, 21 helikopter, 59 yanğınsöndürən maşın və 375 nəfərlik heyət cəlb edilib.

Onun sözlərinə görə, yanğın səbəbindən yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

***

Türkiyənin Mersin və Osmaniyə əyalətlərində də meşə yanğını başlayıb.

Mersinin Gülnar rayonunda başlayan yanğının söndürülüməsinə 3 helikopter, Osmaniyənin Düziçi rayonunda başlayan yanğının söndürülməsinə isə 1 helikopter cəlb edilib.

***

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya və kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı yanğının baş verdiyi bölgələrə gedib.

Nazirlər Hatayın Belen rayonundakı yanğının söndürülməsini izləyiblər.

XƏBƏR LENTİ