İrəvan İstintaq Komitəsində Rusiya vətəndaşı öldü

277 21-07-2023, 12:02 dunya

İrəvan İstintaq Komitəsində Rusiya vətəndaşı öldüErmənistanın ombudsmanı Anait Manasyan İrəvanda özünü İstintaq Komitəsinin binasının beşinci mərtəbəsindən atan Rusiya vətəndaşının ölümünə münasibət bildirib.

Xeberdar.net-in məlumatına görə,bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Ombudsmanın təşəbbüsü ilə müzakirə proseduruna başlanılıb”, - məlumatda deyilir.

Qeyd edək ki, iyulun 20-də əli qandallı şəxs özünü Ermənistan İstintaq Komitəsinin binasının 5-ci mərtəbəsindən ataraq ölüb. Ölən şəxsin Rusiya vətəndaşı olduğu bildirilib.

XƏBƏR LENTİ