Astarada bir nəfər dənizdə batıb

336 22-07-2023, 20:00 hadise

Astarada bir nəfər dənizdə batıbAstarada bir nəfər dənizdə batıb. Xeberdar.net-in məlumatına görə,bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Belə ki, FHN-in "112" qaynar telefon xəttinə Astara rayonu, Şahağac kəndində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Cənub" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

XƏBƏR LENTİ