İyulun 25-də səhər saatlarında Krımın Krasnoqvardeysk rayonunda partlayış səsləri eşidilib.
Xeberdar.net-in məlumatına görə, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Krımda baş verən partlayışlar fonunda Sevastopoldakı ruslar mülki dəniz nəqliyyatının hərəkətini dayandırıblar:
“Ehtimal var ki, Krasnoqvardeysk rayonunda baş verən partlayışlar ərazilərin minalardan təmizlənməsi də olar bilər. Eyni zamanda, Pervomaysk rayonunda da partlayış səsləri eşidilib”.
Hələlik partlayışlarla bağlı rəsmi məlumat yoxdur.