Kiyev PUA istehsalına 1,1 milyard ayırdı

260 26-07-2023, 18:31 dunya

Kiyev PUA istehsalına 1,1 milyard ayırdıUkrayna hökuməti bu il ölkədə PUA istehsalına təxminən 1,1 milyard dollar vəsait ayırıb.

Xeberdar.net-in məlumatına görə,bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.

“Hökumət öz növbəsində bu il 40 milyard qrivna (təxminən 1,1 milyard dollar) ayırıb ki, biz bu vəsaiti Ukraynanın dron istehsalçılarına yatırırıq”, - o bildirib.

O əlavə edib ki, ölkə hakimiyyəti Ukraynaya PUA ehtiyat hissələrinin idxalı üçün gömrük maneələrini aradan qaldırıb, onların istehsalçılarının mənfəət payını 25%-ə çatdırıb, həmçinin, dronlar üçün döyüş sursatlarının kütləvi istehsalına töhfə verən qərar qəbul edib:

“Hazırda PUA istehsalı ilə məşğul olan 40-dan çox Ukrayna şirkəti dövlətlə müqavilə bağlayıb və dron istehsalı on dəfə artıb”.

XƏBƏR LENTİ