Honkonqa gedən təyyarə Bakıya təcili eniş etdi

234 26-07-2023, 23:08 dunya

Honkonqa gedən təyyarə Bakıya təcili eniş etdi"Cathay Pacific" aviaşirkətinin Sürix-Honkonq reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Xeberdar.net-ə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub (ürək tutması).

"Airbus A350" təyyarəsi yerli vaxtı ilə saat 21:29-da Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.

XƏBƏR LENTİ