Sisi Türkiyə səfərini ləğv etdi

267 27-07-2023, 12:07 dunya

Sisi Türkiyə səfərini ləğv etdiMisir Prezidenti Əbdülfəttah Sisinin Türkiyəyə səfəri ləğv olunub.

Xeberdar.net-in məlumatına görə, məlumatı Türkiyə mediası yayıb.

Buna səbəb kimi Sisinin Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitində iştirakı göstərilib.

Qeyd edək ki, daha əvvəl Sisinin iyulun 27-də Türkiyəyə səfər edəcəyi açıqlanmışdı.

Xatırladaq ki, Ankara ilə Qahirə arasında münasibətlər 2013-cü ildə Misir prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib. Bunun ardınca hər iki ölkə səfirlərini geri çağırıb.

2021-ci ilin martında Türkiyənin o zamankı xarici işlər naziri Mövlud Çavuşoğlu Misirlə diplomatik səviyyədə təmasların bərpa olunacağını bildirmişdi.

XƏBƏR LENTİ