Bakının Heydər Əliyev prospektinin 17,4-cü kilometrlik hissəsində, şəhər istiqamətində "P" tipli istiqamətverici lövhələrin quraşdırılması işləri bu gün də davam edəcək.
Xeberdar.net-in məlumatına görə,bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, işlər bu axşam saat 22:00-dan səhər saat 05:00-a qədər aparılacaq. Həmin zaman kəsiyində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.