İranda “casus” kimi həbs edilən azərbaycanlı azadlığa buraxıldı

392 28-07-2023, 17:15 dunya

İranda “casus” kimi həbs edilən azərbaycanlı azadlığa buraxıldıAzərbaycan vətəndaşı, İranda qondarma ittihamla həbs olunan, 31 yaşlı Validə Yusifova sərbəst buraxılaraq Dövlət Sərhəd Xidmətinə təhvil verilib.

Xeberdar.net-in məlumatına görə, bu barədə “Təbriz Turan” məlumat yayıb.

Qeyd edək ki, V.Yusifova 2 il 6 aya yaxın idi İranda həbsdə idi.

O, Tehranda məşhur Evin həbsxanasının qadınlar bölməsində saxlanılırdı. V.Yusifova Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin müdiri, hakim Əbülqasim Salvati tərəfindən saxta “casusluq” və qondarma “narkotik ticarəti” ittihamı ilə mühakimə olunmuşdu.

Xatırladaq ki, azərbaycanlı Fərid Səfərli də saxta casusluqda ittiham olunaraq İranda saxlanılır.

XƏBƏR LENTİ