Keçmiş məhkum ödəmə terminalından 2176 manat oğurladı

389 29-07-2023, 11:41 cemiyyet

Keçmiş məhkum ödəmə terminalından 2176 manat oğurladıSabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Eyyub Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə Xeberdar.net-ə Daxili İşlər Nazirliyindən bildirilib.

Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.

Araşdırmalarla onun Pirşağı qəsəbəsi ərazisində yerləşən marketlərin birində ödəmə terminalından 2176 manat pul oğurlaması müəyyən olunub.

XƏBƏR LENTİ