İranda həbsdə olan jurnalistlərin sayı açıqlandı

368 29-07-2023, 16:56 dunya

İranda həbsdə olan jurnalistlərin sayı açıqlandı2022-ci ildə İranda meydana gələn ümumxalq etirazları zamanı azı 95, o cümlədən 24 qadın jurnalist həbs edilib.

Xeberdar.net-in məlumatına görə, bu barədə Sərhədsiz Reportyorlar Təşkilatının son hesabatında bildirilir.

Məlumata görə, İran media azadlığına görə 180 ölkə arasında 177-ci yerdədir.

Hesabata əsasən, media azadlığının vəziyyəti yalnız üç ölkədə: Vyetnam, Çin və Şimali Koreyada İrandan daha pisdir.

Sərhədsiz Reportyorlar İranda media azadlığının vəziyyətinin narahatedici olduğunu bildirərək, İran rejimini dünyanın ən repressiv hökumətlərindən biri adlandırıb.

XƏBƏR LENTİ