Hadisə şahidləri Bryansk vilayətinin Trubçevsk şəhərində polis idarəsində partlayış baş verdiyini bildiriblər.
Xeberdar.net-in məlumatına görə, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
İlkin məlumatlara görə, binaya pilotsuz uçuş aparatı (PUA) çırpılıb.
“Binanın damı zədələnib, altı pəncərə sınıb”, – nəşr yazır.
Kanalın məlumatına görə, ölən və xəsarət alan olmayıb.
Hazırda binanın ətrafındakı yollar bağlanıb, hadisə yerində əməliyyat qrupu işləyir.