Peruda avtobus uçurumdan aşdı: 15 nəfər öldü

241 31-07-2023, 09:57 dunya

Peruda avtobus uçurumdan aşdı: 15 nəfər öldüPerunun şimal-qərbində avtobusun uçurumdan aşması nəticəsində azı 15 nəfər ölüb. İyirmidən çox insan xəsarətlə xəstəxanalara çatdırılıb.

Xeberdar.net-in məlumatına görə, bu barədə RPP radiostansiyası məlumat yayıb.

Məlumata görə, San-Martin departamentindən Tumbes bölgəsinə gedən avtobusda 50 sərnişin və 2 sürücü olub.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Peru Quru Nəqliyyat İdarəsi araşdırmaya başladığını açıqlayıb.

XƏBƏR LENTİ