Cəmil Fərəcov vəfat etdi, nazirlik nekroloq yaydı

238 1-08-2023, 21:22 cemiyyet

Cəmil Fərəcov vəfat etdi, nazirlik nekroloq yaydı19:22

Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov 77 yaşında vəfat edib.

Bu barədə Kult.az-a ittifaqdan məlumat verilib.

O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyirdi.

İki övladı, üç nəvəsi var.

***

Mədəniyyət Nazirliyi Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcovun vəfatı ilə bağlı nekroloq yayıb.

Nekroloqda qeyd olunur:

"Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov vəfat edib.

Azərbaycan Mədəniyyət Nazirliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!"

XƏBƏR LENTİ