Novxanıda qəza: toqquşan avtomobillər yanıb

371 2-08-2023, 13:00 cemiyyet

Novxanıda qəza: toqquşan avtomobillər yanıbYanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Abşeron rayonunun Novxanı kəndində yol qəzası baş verib. [i]Xeberdar.net[/i]-in məlumatına görə,bu barədə Rayon Polis İdarəsindən bildirilib.

Qeyd olunub ki, qəza nəticəsində "Mercedes” və "Kia” markalı minik avtomobilləri toqquşub.

Hər iki minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdan keçən qaz xətti və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ