Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 1-də respublika parlamentinə aralıq seçkilərin keçirilməsi barədə qərar qəbul edib.
Xeberdar.net-in məlumatına görə, bu barədə Gürcüstan MSK-nın nümayəndəsi Natiya İoseliani məlumat verib.
O bildirib ki, sözügedən tarixdə Gürcaani şəhərinə yeni merin seçilməsi üçün də növbədənkənar seçkilər olacaq.
Seçkilər üçün 133 seçki məntəqəsi açılacaq, onlardan 103-ü elektron seçki qutuları vasitəsilə səs verəcək.