Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas edilib

262 3-08-2023, 10:35 cemiyyet

Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas edilibFHN məlumat yayıb

Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən səkkiz nəfər xilas olunub. Xeberdar.net-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Görədil”, “Astara”, “Qızılqum” sularda xilasetmə məntəqəsinin ərazisində, “Şirvan”, “Şüvəlan” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) və Buzovna ictimai çimərliyinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən səkkiz nəfər xilas olunub.

XƏBƏR LENTİ