MİQ-in müsahibə mərhələsi üzrə mövzular təqdim olunub

280 3-08-2023, 12:25 cemiyyet

MİQ-in müsahibə mərhələsi üzrə mövzular təqdim olunubMüəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölmələri üzrə mövzular hazırlanıb

Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölmələri üzrə mövzular hazırlanıb.

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Xeberdar.net-ə verilən məlumata görə, namizədlər sayta daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Xatırladaq ki, iyulun 26-31-də keçirilmiş vakansiya seçimində 5619 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.

XƏBƏR LENTİ