Rusların bu istiqamətdə 150 minlik canlı qüvvəsi var

472 3-08-2023, 16:29 dunya

Rusların bu istiqamətdə 150 minlik canlı qüvvəsi varTavriya istiqamətində Rusiyanın 150 minə yaxın canlı qüvvəsi var.

Xeberdar.net-in məlumatına görə, bunu “Tavriya” qruplaşmasının komandir müavini Sergey Kuzmin deyib.

“Cənubda ruslar cəbhənin digər sektorlarından bölmələri çıxararaq daim ehtiyatlar hazırlayırlar. Rusiyanın 35, 36, 5 və 58-ci birləşmiş orduları o istiqamətdədir”, - Kuzmin bildirib.

Onun sözlərinə görə, ruslar bu istiqamətdə hər gün 2-3 bölük itirirlər.

Kuzmin bildirib ki, Ukrayna ordusunun aktiv irəliləməsi üçün aviasiya, hava hücumundan müdafiə sistemləri, eləcə də minaların təmizlənməsi üçün mühəndis texnikaları çatışmır.

XƏBƏR LENTİ