Tehranda məşhur əyləncə parkı bağlandı

301 4-08-2023, 11:03 dunya

Tehranda məşhur əyləncə parkı bağlandıTehranda “Robo Kids” adlı məşhur əyləncə parkının fəaliyyəti qadağan edilib.

Xeberdar.net-in məlumatına görə,bu barədə yerli media məlumat yayıb.

Əyləncə parkının məcburi hicab qaydalarının pozulması səbəbilə bağlanıldığı bildirilib.

Uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan adıçəkilən əyləncə parkı UNİCEF tərəfindən seçilmiş mərkəzlər siyahısına salınıb.

Qeyd edək ki, son aylar İranda məcburi hicab qaydalarına riayət edilməyən və musiqi səsləndirilən 2 mindən çox iş yerinin fəaliyyəti dayandırılıb.

XƏBƏR LENTİ