Türkiyə-İran quru yolu bağlandı - Səbəb

321 4-08-2023, 18:00 dunya

Türkiyə-İran quru yolu bağlandı - SəbəbTürkiyə-İran quru yolunda hərəkət dayandırılıb.

Xeberdar.net-in məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, buna səbəb şiddətli yağışdan sonra Ağrı şəhərində yaranan seldir.

Türkiyə-İran quru yolunda uzun tıxac yaranıb.

Sel nəticəsində yaxınlıqdakı bəzi kənd təsərrüfatı ərazilərinə də ziyan dəyib.

XƏBƏR LENTİ