Hakim olmaq istəyənlər imtahan verdi

265 4-08-2023, 18:39 cemiyyet

Hakim olmaq istəyənlər imtahan verdiDövlət İmtahan Mərkəzin (DİM) hakimliyə namizədlər üçün imtahan keçirib.

Bu barədə Xeberdar.net-ə qurumdan məlumat verilib.

Yazılı imtahanın test mərhələsindən 60 və daha artıq bal toplamış 175 namizəd iştirak edib.

Namizədlər hüquqi kazusları həll etmək bacarıqlarını nümayiş etdiriblər. İmtahan 4 saat davam edib. Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaq.

XƏBƏR LENTİ