Rezidenturaya sınaq imtahanı keçirilir

321 5-08-2023, 10:45 cemiyyet

Rezidenturaya sınaq imtahanı keçirilirİmtahan kompüter vasitəsilə elektron formada keçiriləcək

Bu gün rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndiriliməsi imtahanı) üzrə sınaq imtahanı keçirilir.

Bu barədə Xeberdar.net-in məlumatına görə, Dövlət İmtahan Mərkəzindən bildirilib.

Sınaq imtahanı DİM-in Nəsimi rayonu, Ə. Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (8 Noyabr metrostansiyasının yanı) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq.

Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılacaq.

XƏBƏR LENTİ