Çinin şimal hissəsində yerləşən Hebey əyalətinin Bodinq şəhərində güclü yağış selə səbəb olub.
Xeberdar.net-in məlumatına görə, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, daşqınlar nəticəsində 10 nəfər ölüb, 18-i itkin düşüb.
Təxminən 600 min insanın risk altında olduğu bölgədə təxliyə işlərinə başlanılıb. Sel sularının təmizlənməsi işləri davam edir.