Tehranda 5 bina uçdu: ölənlər var

317 6-08-2023, 22:50 dunya

Tehranda 5 bina uçdu: ölənlər var19:32

İranın paytaxtı Tehranda 5 bina uçub, xəsarət alanlar var.

Xeberdar.net-in məlumatına görə, binalardan birinin sökülməsi zamanı təhlükəsizlik tədbirlərinə əməl edilməməsi səbəbindən 4 qonşu bina uçub.

Nəticədə ən azı dörd polis əməkdaşı və iki bələdiyyə işçisi dağıntılar altında qalıb.

İndiyədək dağıntılar altından 4 nəfər xilas edilib.

***

Tehranda beş binada baş verən uçqunda 3 nəfər ölüb.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Uçan binaların dağıntıları altından bir polis komandiri və bir zabitin cəsədi çıxarılıb.

Xilasetmə əməliyyatı davam edir.

Dağıntılar altında qalanların ümumi sayı müəyyən edilməyib.

XƏBƏR LENTİ